AzTV

AzTV 3.3/5 - 3 stemmen

Over AzTV

Locatie: Azerbeidzjan
Categorie: Openbare Tv

Azərbaycan Televiziyası və qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.

Gerelateerde Tv-Kanalen

Xəzər TV
Azerbeidzjan / Vermaak Tv
Xəzər Televiziyası – 2 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan televiziya kanalı. 2000-ci ildə STV fəaliyyətə...

AzTV
Azerbeidzjan / Openbare Tv
Azərbaycan Televiziyası və qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Azərbaycan televiziyası...

CBC Sport
Azerbeidzjan / Sport Tv
CBC Sport — Azərbaycanın idman kanalı. 9 avqust 2015-ci ildə internet yayımına, 1 oktyabr 2015-ci il tarixində test...

İdman Azərbaycan TV
Azerbeidzjan / Sport Tv
İdman Azərbaycan — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan,...

Mədəniyyət TV
Azerbeidzjan / Openbare Tv
Mədəniyyət Televiziyası — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində...